Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xidmətdən bildirilib.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
16:48 25.01.2026
Oxunuş sayı: 420