SEPAH: ABŞ-nin Yaxın Şərqdəki dəniz qüvvələri hədəf alına bilər
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ suları yaxınlığında və Oman körfəzi boyunca İran bayrağı altında üzən onlarla hərbi gəmi yerləşdirib.
Crossmedia.az xəbər verir ki, yayılan məlumatlarda İranın Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Qüvvələrini iflic etmək məqsədilə BƏƏ və Omandakı ABŞ bazalarını bombalamağı nəzərdən keçirdiyi iddia olunur.
Mənbələr bildirir ki, bu addımlar bölgədə artan hərbi-siyasi gərginlik fonunda atılıb. Qeyd olunur ki, Tehran mümkün ssenarilər çərçivəsində ABŞ-nin regiondakı hərbi infrastrukturunu hədəf kimi dəyərləndirir.
17:31 25.01.2026
Oxunuş sayı: 485