Metroda BƏDBƏXT HADİSƏ: Sərnişin öldü
Bu gün saat 11:30 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bu barədə Crossmedia.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
12:10 17.01.2026
Oxunuş sayı: 1342