Təhsil idarəsinin rəisi CƏRİMƏLƏNİB
Özbəkistanda Fərqanə Vilayət Təhsil idarəsinin rəisi Şerzod Dolimov inzibati qaydada cərimələnib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmək Müfəttişliyindən verilən məlumata görə "Qazeta" nəşri məlumat yayıb.
Bildirilib ki, cəriməyə səbəb rəhbərliyin və nazirliyin göstərişi ilə Buvaydinski rayonunda yerləşən 37 saylı məktəbin direktoru Həsənboy Nişonovun qanunsuz olaraq vəzifəsindən azad edilməsi olub. Məlumata görə, direktor müəllimlərin yeni il növbətçiliyini təşkil etdiyinə görə işdən çıxarılıb.
Əmək Müfəttişliyi tərəfindən aparılan araşdırma nəticəsində bu qərarın qanunsuz olduğu müəyyən edilib. Daha əvvəl Həsənboy Nişonovun vəzifəsinə bərpa olunduğu açıqlanıb, onun işdən çıxarılması barədə verilmiş əmr isə ləğv edilib.
Hadisə Özbəkistanda təhsil sistemində əmək hüquqlarına nəzarətin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirib.
Kübra Musayeva
11:47 17.01.2026
Oxunuş sayı: 1469