Zaxarova: Solovyovun fikirləri şəxsi idi, rəsmi mövqe deyildi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalist Vladimir Solovyovun Ermənistan və Orta Asiya ilə bağlı açıqlamalarına münasibət bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zaxarova vurğulayıb ki, Solovyovun sözləri yalnız onun şəxsi fikridir və kontekstdən çıxarılıb. “Bəyanat deyil, sual kimi təqdim olunub”, – deyə o bildirib.
Sözçü əlavə edib ki, bəzi şərhçilər açıqlamaları səhvən Rusiyanın rəsmi mövqeyi kimi təqdim ediblər və bu, təxribatçı yanaşmadır.
Nəzrin Abbas
10:16 16.01.2026
Oxunuş sayı: 1269