Yüksək Liqanın növbəti oyunları baş tutacaq
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar baş tutacaq.
Crossmedia.az-ın məlumatına görə, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçiriləcək.
"Azerreyl" "Xilasedici" ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.
Hər iki oyun saat 17:00-da başlayacaq. İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşəcək.
09:42 16.01.2026
Oxunuş sayı: 1113