Tanınmış şair vəfat etdi
Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib.
Crossmedia.az xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub. 2002-ci ildə “Nə gözəldi bu dünya” adlı kitabı nəşr edilib.
Əlavə edək ki, A.Rəşid “Almaz” jurnalının baş redaktoru idi.
10:58 16.01.2026
Oxunuş sayı: 1117