Ermənistan tikintiyə icazəni 99 illiyinə Türkiyəyə verdi - Ekoloq xəbərdarlıq etdi
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma çərçivəsində Türkiyəyə Araz çayında bir sıra su elektrik stansiyaları və bəndlər tikmək icazəsi verilib. Razılaşmaya görə, Ermənistan Baş naziri Nikol Paşinyan Araz çayının su ehtiyatlarının idarə olunmasında Türkiyəyə növbəti 99 il üçün müstəsna hüquqlar tanıyıb. Beynəlxalq müşahidəçilər bu addımı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın strateji qələbəsi kimi qiymətləndirirlər. Mütəxəssislər bu barədə Crossmedia.az-a açıqlama verib.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, Türkiyə hökumətinin Araz çayında bir sıra su elektrik stansiyaları və bəndlər tikmək hüququ var:
"Amma transsərhəd çayları üzərində bu cür obyektlərin tikintisi zamanı “Su ehtiyatlarından istifadə haqqında" Helsinki Konvensiyasının tələbləri nəzər alınmalıdı. Həmin sənədə görə, bir neçə ölkədən keçən çaylar birgə qorunmalı, su ehtiyatlarından ədalətli və səmərəli istifadə edilməli, su çirklənməsinin qarşısı alınmalıdır. Xüsusən su mənbələrinin çirklənməsinin qarşısının alınması ilə əlaqədar dövlətlər arasında əməkdaşlıq gücləndirilməlidir. Su elektrik stansiyaları yaşıl enerji sayılır, digər ənəvəi enerji qaynaqlarından fərqli olaraq atmosferi az çirkləndirir. Amma SES tikintisi zamanı ətraf mühitin qorunması məsələsində müəyyən risklər ortaya çıxır. SES tikintisi zamanı bəzən ekosistem zərər görür. Çayların təbii axını pozulur, su hövzələrinin flora və faunası mənfi təsirə məruz qalır, balıqların miqrasiyası çətinləşir, bəzi halarda isə su temperaturu və oksigen səviyyəsi dəyişdiyindən bir sıra növlər məhv olur.

Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə su ehtiyatlarından səmərəli istifadəni, ağıllı su idarəteməsini təşkil etmək üçün su anbarlarının tikintisi vacibdir. Ona görə də su anbarlarının tikintisi zamanı ətraf mühitin zərər görməməsi başlıca məqsəd olmalıdı".
Ekoloqun sözlərinə görə, su anbarlarının inşası zamanı ərazinin relyefi, təbii sturukturu diqqətlə öyrənilməli, tikinti normalarını, ekoloji standartlara riayət olunmalıdır:
"Bəzən doğru aparılmayan tikinti prosesi və su anbarlarından sızıntı və ya daşma nəticəsində meşə və torpaq sahələri su altında qalır. Bu zaman ərazinin və bütövlükdə regionun ekosisteminə ciddi dəyir. Növlər məhv olur, eroziya artır, torpaq şoranlaşır, çaşın aşağı axarında çöküntülərin azalması torpağın münbitliyinə mənfi təsir edir. Axının azalması, suyun durğunlaşması yosunlaşmaya səbəb olur. Bu da çirklənməyə gətirib çıxarır. Su anbarlarının salınması ətraf ərazilər qurulmuş təsərrüfat sahələrinə, tarixi-mədəni abidələrə ziyan vura, insanların miqrasiyasına səbəb ola bilər. Bu səbəbdən SES və su anbarlarının tikintisi düzgün planlaşdırılmalı, ekoloji monitorinq və qiymətləndirmə aparılmalı, yerli icmaların rəyi nəzərə alınmalıdı. Ümumiyyətlə, Kür və Araz çayları və digər transərhəd çayları üzərində aparılan hər hansı tikinti qonşu dövlətlərin razılığı ilə həyata keçirilməlidir. Çünki ölkəmizin su şirin su ehtyatları onsuz da azdır. Şirin su ehtiyatlarımızın əsasını Kür, Araz, Samur və Qanıxçay təşkil edir. Bunların hamısı transsərhəd çaylarıdır. Ona görə də biz qonşu dövlətləri Helsinki konvensiyasının tələblərinə əməl etməyə çağırmalıyıq. Transərhəd çaylarının su ehtiyatlarından səmərəli və qənaətlə, ən əsası ədalətlə istifadə olunmalıdır. Artıq və lüzumsuz sugötürmələrə getmək olmaz. Belə olarsa su mənsəbə qədər gəlib çatmayacaq. Bu da bu çayların və Xəzərin ekosisteminə, flora və faunasına ciddi şəkildə mənfi təsirlərə yol açacaq”.
İqtisadi və siyasi Coğrafiya üzrə mütəxəssis Çingiz İsmayılov isə bildirib ki, çayda hər bir hidrotexniki qurğuların quraşdırılmasına, onun ekoloji vəziyyətinə birbaşa təsir edir və bu təsir heç də müsbət deyildir:

"Transsərhəd çaylarının su ehtiyatlarının istifadəsində, çayın keçdiyi ölkələrin maraqları nəzərə alınmalıdır. Əks halda, bu ölkələr arasında gərginlik, qsrşıdurma və hətda hərbi münaüişə təhlükələri yatana bilər. Məsələn, Hindisdan - Pakistan qarşıdurması və başqa belə məsələlər bu hal dövlətlərarası səviyyədə müzakirə olunur".
Fatimə Məmmədova
09:30 16.01.2026
Oxunuş sayı: 1469