Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında final oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, çövkən üzrə Azərbaycan yığması dünya çempionu olub.
Üçüncü yeri isə Nigeri 3:2 hesabı ilə üstələyən Uruqvay komandası tutub.(AZƏRTAC)
18:45 13.06.2026
Oxunuş sayı: 58