Politoloq: Ermənistanın Aİ arzusu reallıqdan uzaqdır
Ermənistanın Avropa İttifaqına(Aİ) inteqrasiyası ilə bağlı son bəyanatları şərh edən politoloq Andrey Zeltyn bildirib ki, bu proses real perspektivdən daha çox siyasi kampaniya xarakteri daşıyır.
Crosmedia.az bu barədə "Sputnik Armenia"-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropanın yaxın vaxtlarda erməni məhsullarının rüsumsuz satışına şərait yaradacağını bəyan etsə də, nə Ermənistanın, nə də Gürcüstannın yaxın gələcəkdə Aİ üzv qəbul ediləcəyinə inanmır.
Politoloq qeyd edib ki, uzun illərdir üzvlük prosesində olan Türkiyə belə hələ də Aİ-yə daxil ola bilməyib. Bu baxımdan, Ermənistanın üzvlüyü ilə bağlı səsləndirilən fikirlər daha çox Brüsselin siyasi təsir və təzyiq mexanizmi kimi qiymətləndirilə bilər.
Ekspert hesab edir ki, hazırkı mərhələdə Ermənistanın Aİ-yə tamhüquqlu üzvlüyü real gündəmdən uzaq görünür.
20:30 13.06.2026
Oxunuş sayı: 63