Zelenski: Sülhə mane olan Ukrayna yox, Rusiyanın raketləridir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin prezidenti Donald Trampın tənqidlərinə cavab verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Zelenski bildirib ki, Ukrayna heç vaxt sülhə mane olmayıb və olmayacaq. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar Moskvanın əsl niyyətini açıq şəkildə ortaya qoyur.
“Ukrayna heç vaxt sülh üçün maneə olmayıb və olmayacaq. Məhz Rusiyanın raketləri, Rusiyanın ‘Şahed’ pilotsuz uçuş aparatları və Rusiyanın Ukraynanı məhv etmək cəhdləri sübut edir ki, Rusiyanın məqsədi heç də razılaşmalar deyil”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri beynəlxalq ictimaiyyəti Rusiyanın addımlarını real faktlar əsasında dəyərləndirməyə çağırıb.
Nəzrin Abbas
09:37 16.01.2026
Oxunuş sayı: 1897