Əraqçi: İsrail və ABŞ İranı qeyri-sabitləşdirməyə çalışırlar
İsrail və ABŞ hakimiyyəti İrandakı iğtişaşlardan öz məqsədləri üçün istifadə etməyə, hərbi əməliyyatlarla əldə edə bilmədiklərini əldə etmək üçün vəziyyəti qeyri-sabitləşdirməyə çalışırlar.
Crossmedia.az xəbər verir ki,bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"ABŞ və İsrail müharibə yolu ilə əldə edə bilmədiklərini İranda qeyri-sabitlik yaratmaqla əldə etməyə çalışırlar. İsrailin maraqlarını təmin etmək üçün ABŞ-ni İranla müharibəyə sürükləməyə çalışanlar var", - deyə o, deyib.
Nazir vurğulayıb ki, Tehran kənardan dəstəklənən terrorçu qrupların fəaliyyətlərini davam etdirməsinə icazə verməyəcək.
21:55 12.01.2026
Oxunuş sayı: 1584