Ukraynadan Xəzər dənizi ilə bağlı iddia
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xəzər dənizində Rusiyaya məxsus qazma qurğularının məhv edildiyini açıqlayıb. Rusiya tərəfi bu məlumatı hələlik təsdiqləməyib.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir
Baş Qərargahın bəyanatına görə, “Lukoil” şirkətinə aid üç qazma qurğusu — V. Filanovski, Yuri Korçagin və Valeri Qreyfer sıradan çıxarılıb. Açıqlamada hücum zamanı hansı silahlardan istifadə edildiyi qeyd olunmayıb. Bildirilib ki, sözügedən qurğular Rusiya ordusunun ehtiyacları üçün istifadə edilib.
Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi şənbə günü Moskva vaxtı ilə saat 09:00–16:00 aralığında Xəzər dənizi üzərində yeddi Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdı.
20:45 11.01.2026
Oxunuş sayı: 1534