Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin 4 yaşı tamam olur
Bu gün Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin təsis edilməsindən 4 il ötür. Ötən dörd il ərzində mərkəz həm yerli, həm də beynəlxalq müstəvidə siyasi proseslərin təhlili, strateji proqnozlaşdırma və diplomatik müzakirələr üçün mühüm platformaya çevrilib.
Dörd illik təcrübə bizə göstərir ki, sürətlə dəyişən dünyada çevik analiz və doğru informasiya hər zaman vacib amildir. BMDAM olaraq növbəti illərdə də milli maraqlarımızı rəhbər tutaraq daha genişmiqyaslı layihələrə imza atmağı, rəqəmsal diplomatiya və qlobal təhlükəsizlik mövzularında tədqiqatlarımızı dərinləşdirməyi hədəfləyirik.
Qeyd edək ki, BMDAM-ın rəhbəri politoloq Samir Hümbətov, ekspertlərdən biri isə Crossmedia.az-ın redaktoru Kənan Novruzovdur.
17:07 11.01.2026
Oxunuş sayı: 1694