Danimarkada Qrelandiya ilə bağlı təklif
Danimarka ictimai-siyasi dairələrində vəliəhd şahzadə Kristianın Qrenlandiyada yaşamasına dair təklif irəli sürülüb. Təşəbbüsün müəllifi “Netavisen Pio” qəzetinin baş redaktoru Nils Jespersendir.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir ki, Jespersenin fikrincə, bu addım ABŞ-ın Qrenlandiyaya artan təsirinin qarşısını almaq baxımından zəruridir. O hesab edir ki, vəliəhd şahzadənin adada daimi iştirakı Danimarkanın suverenliyini və siyasi mövqelərini daha da möhkəmləndirə bilər.
Bundan əlavə, Jespersen qeyd edib ki, şahzadə Kristianın Qrenlandiyada yaşaması onu Avropadakı gecə klublarına getmək kimi vərdişlərdən də uzaqlaşdıracaq.
Məqalədə vurğulanır ki, Qrenlandiya eyni zamanda öz qvardiyasını, dövlət məktəblərini və mədəni obyektlərini yaratmalıdır. Müəllifin fikrincə, bu addımlar əslində 20–25 il əvvəl atılmalı idi.
20:12 11.01.2026
Oxunuş sayı: 1702