İsveçrədə Dünya Kuboku yarışı qəza ilə yadda qaldı
İsveçrənin Sankt-Morits şəhərində keçirilən Dünya Kuboku mərhələsində üç amerikalı idmançı bobsleydən yıxılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Kristofer Horn, Rayan Reycer, Hanter Pauell və Kaleb Ferneldən ibarət dördlük ekipaj startdan sonra bobsleyə vaxtında yerləşə bilməyib. Nəticədə üç idmançı ilk döngədə yıxılıb. İdmançılardan biri başını bortun kənarına vurub, ikincisi trasdan kənara çıxaraq belini taxta konstruksiyaya çırpıb, üçüncüsü isə tutunmağa çalışarkən bobsleydən kənara düşüb.
Ekipajda qalan pilot isə marşrut boyu bortlara dəyərək finişə qədər çatıb.
Sankt-Morits mərhələsi 10-11 yanvar tarixlərində keçirilir. Yarış Avropa çempionatı ilə eyni vaxtda baş tutur. Bu, idmançılar üçün Dünya Kubokunun ümumi hesabı və olimpiya təsnifatı üçün xal qazanmaq adına son imkanlardan biridir.
21:17 11.01.2026
Oxunuş sayı: 1449