İstail təhlükəsizlik xidməti ehtiyatlı olmağa çağırıb
️İsrail təhlükəsizlik xidmətləri siyasi rəhbərliyə İrandakı hadisələrə müdaxilə etməməyi tövsiyə edib. Onlar hesab edirlər ki, İsrailin hər hansı bir müdaxiləsi etirazların gedişatını pozacaq.
Crossmedia.az xəbər verir ki, İsrail İranın təhlükəsizlik qüvvələrinin səfərbərliyi də daxil olmaqla, İranın hər bir hərbi hərəkətini yaxından izləyir.
İsrailin Baş naziri Netanyahu nazirlərinə İrandakı vəziyyətlə bağlı açıqlamalarında ehtiyatlı olmağı və əvvəlcə bu açıqlamaları onun ofisi vasitəsilə təsdiqləmələrini təmin etməyi tapşırıb.
İsrailin hesablamalarına görə, daxili böhranın kəskinləşməsi fonunda İranın ona hücum etməsi ehtimalı azdır.
23:42 11.01.2026
Oxunuş sayı: 1242