Sabahkı hava şəraiti səbəbilə THY-nin 54 reysi ləğv edildi
Türk Hava Yolları 54 uçuşu ləğv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türk Hava Yolları şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, sabah gözlənilən əlverişsiz hava şəraiti səbəbilə İstanbul Hava Limanından qalxan və enən ümumilikdə 54 reys ləğv edilib.
21:56 11.01.2026
Oxunuş sayı: 1291