ABŞ-nin səs silahı Venesuela hərbçilərində qanaxmaya səbəb olub
ABŞ-nin Venesuelaya qarşı hücumu zamanı güclü səs silahından istifadə edildiyi iddia olunur.
Crossmedia.az "The New York Times" istinadən xəbər verir ki, hücum zamanı yaranan güclü səs dalğası Venesuela hərbçilərində kəskin ağrı, burun qanaxması və qan qusma halları yaradıb.
Venesuela hərbçilərindən biri hadisə ilə bağlı bildirib ki, səs təsirindən sonra obyekt ərazisində olanların hamısının burnundan qan gəlib, bəzilərində isə qan qusma müşahidə olunub. “Yerə yıxıldıq və hərəkət edə bilmirdik. Bu səs silahı tətbiq edildikdən sonra ayağa qalxmaq belə mümkün deyildi”, - deyə o qeyd edib.
Məqalədə vurğulanır ki, söhbət maksimal gücdə tətbiq edildiyi ehtimal olunan LRAD akustik təsir sistemindən gedir. Nəşr yazır ki, bu cür silahların istifadəsi beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb ola bilər.
17:13 11.01.2026
Oxunuş sayı: 1465