Rubionun Kubada prezident olma ehtimalına Trampın şərhi: Yaxşı səslənir!
ABŞ-nin prezidenti Donald Tramp sosial mediada istifadəçilərdən birinin zarafatla Marko Rubionun Kubada prezident olacağını söylədiyi paylaşıma cavab verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp yazıya sadəcə “Yaxşı səslənir!” şərhini əlavə edib.
Məlumata görə, bu cavab Trampın yumor hissini göstərən yüngül tonlu bir reaksiya kimi qiymətləndirilir və siyasətçilərin sosial media üzərindəki interaksiyalarına marağın artdığı bir vaxtda diqqət çəkib.
Türkan Kərimli
17:37 11.01.2026
Oxunuş sayı: 1785