Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Crossmedia-az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, yanvarın 12-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
19:05 11.01.2026
Oxunuş sayı: 1884