“İslam Respublikası süqut edərsə, İsrail və İran yenidən tərəfdaş ola bilər”- Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Tehran rejiminin süqutundan sonra İsrail və İran tərəfdaşlıqlarını bərpa edə bilərlər. O, bu açıqlamanı həftəlik Nazirlər Kabineti iclasının əvvəlində səsləndirib.
Netanyahunun sözlərinə görə, İsrail repressiyaların güclənməsinə və ölənlərin sayının artmasına baxmayaraq, hökumətə qarşı etirazlarını davam etdirən İran vətəndaşlarını dəstəkləyir.
Baş nazir qeyd edib ki, İsrail İran xalqının tezliklə onun “zülm boyunduruğu” adlandırdığı vəziyyətdən azad olunacağına ümid edir və rejim dəyişərsə, hər iki xalqın rifahı naminə əməkdaşlığa hazırdır.
21:29 11.01.2026
Oxunuş sayı: 1381