Tramp İranda etirazları dəstəkləmək üçün ssenarilər araşdırır
ABŞ prezidenti Donald Tramp 13 yanvar, çərşənbə axşamı İrandakı vəziyyətlə bağlı brifinq keçirəcək.
Crossmedia.az xəbər verir ki, brifinqdə İrandakı etirazların gedişatı və mümkün ABŞ siyasətləri müzakirə olunacaq.
Məlumatlara görə, İranda etiraz hərəkatı ölkənin 574 rayonu və 185 şəhərinə yayılıb. Tramp administrasiyası mövcud hökuməti zəiflətmək və etiraz hərəkatını dəstəkləmək üçün bir neçə ssenarini nəzərdən keçirir.
Qeyd olunur ki, ABŞ rəhbərliyi regiondakı vəziyyətin gərginləşməsinin qarşısını almaq və öz strateji maraqlarını qorumaq üçün müxtəlif diplomatik və iqtisadi tədbirləri də qiymətləndirir. Brifinqdə həmçinin etirazların sosial-iqtisadi və siyasi təsirləri barədə məlumatlar təqdim olunacaq.
Bu brifinq Tramp administrasiyasının İrandakı vəziyyətə dair mövqeyini və gələcək addımlarını açıq şəkildə ortaya qoyması baxımından diqqət mərkəzindədir.
23:49 11.01.2026
Oxunuş sayı: 1379