Pezeşkian etirazlar fonunda xalqa müraciət edib
Crossmedia.az xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən etirazlarla bağlı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb.
O, bildirib ki, hökumətin əsas vəzifəsi insanların problemlərini həll etmək və narahatlıqlarını aradan qaldırmaqdır. Bununla yanaşı, onun sözlərinə görə, etirazların ölkədə sabitliyi pozmasının qarşısını almaq da dövlətin məsuliyyətidir.
Pezeşkian ailələrə müraciət edərək gənclərin “terrorçuların və iğtişaşçıların fəaliyyəti”nə qoşulmasına imkan verməməyə çağırıb. O iddia edib ki, ölkəyə xaricdən təlim keçmiş qruplar gətirilib və bu qruplar etirazçı deyil.
Prezident vurğulayıb ki, hökumət dinc etirazçıları eşidir və onların problemlərinin həlli üçün səy göstərir.
21:42 11.01.2026
Oxunuş sayı: 1688