Kaluqa hava limanında uçuş məhdudiyyətləri tətbiq edilib
Kaluqa hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rosaviasiyanın sözçüsü Artem Korenyako bildirib.
Korenyako özünün Telegram kanalında yazıb: "Kaluga Hava Limanı (Qrabtsevo). Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib".
Onun sözlərinə görə, müvafiq tədbir uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.
22:35 10.01.2026
Oxunuş sayı: 1789