Rza Pəhləvi Donald Trampa çağırış edib
İran müxalifətinin tanınmış siması Rza Pəhləvi ABŞ prezidenti Donald Trampa müraciət edərək təcili dəstək və müdaxilə çağırışı edib.
Crossmedia.az xəbər verir ki, Pəhləvinin sözlərinə görə, dünən milyonlarla iranlı real güllələrlə üz-üzə qalıb, bu gün isə vəziyyət daha da ağırlaşıb: “Artıq təkcə güllələr yox, tam kommunikasiya blokadası var. İnternet yoxdur. Sabit telefonlar işləmir.”
O bildirib ki, Əli Xamenei xalqın təzyiqi və Trampın etirazçılara verdiyi dəstək mesajları fonunda kütləvi və qəddar repressiyalarla hədələyib: “Xamenei bu qaranlıqdan istifadə edərək gənc qəhrəmanları öldürmək istəyir.”
Pəhləvi qeyd edib ki, o, insanları azadlıq uğrunda küçələrə çıxmağa və təhlükəsizlik qüvvələrini kütləvi say üstünlüyü ilə iflic etməyə çağırıb: “Dünən xalq bunu etdi. Sizin bu cinayətkar rejimə yönəlik təhdidiniz də rejimin silahlı dəstələrini çəkindirdi.”
O vurğulayıb ki, vaxt kritikdir və insanların bir saat ərzində yenidən küçələrə çıxacağını bildirib: “Xahiş edirəm, bizə kömək edin.”
Pəhləvi müraciətini belə tamamlayıb:
“Siz sözünün arxasında duran, sülh tərəfdarı bir insansınız. Zəhmət olmasa, İran xalqına yardım üçün müdaxiləyə hazır olun.”
13:40 11.01.2026
Oxunuş sayı: 1540