Səs Media Qrupun 35 yaşı tamam olur
Bu gün Azərbaycan mediasının yaddaşında və inkişaf yolunda mühüm iz buraxmış Səs Media Portalının fəaliyyətə başlamasının 35 ili tamam olur. Bu əlamətdar tarix təkcə bir media qurumunun yubileyi deyil, həm də milli jurnalistikamızın keçdiyi şərəfli yolun göstəricisidir.
35 il ərzində Səs öz prinsipial mövqeyi, operativliyi, ictimai-siyasi proseslərə peşəkar yanaşması ilə oxucu etimadı qazanmış, informasiya məkanında özünəməxsus yer tutmuşdur. Portalın fəaliyyəti Azərbaycanın dövlətçilik maraqlarına, milli dəyərlərə və söz azadlığı prinsiplərinə sədaqət nümunəsi olmuşdur.
Crossmedia.az kollektivi adından Səs Media Portalının rəhbərliyini və yaradıcı heyətini bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, media fəaliyyətlərində davamlı uğurlar, möhkəm mövqe, yeni zirvələr və qələmlərinə güc arzulayırıq.
Yolunuz daim açıq, sözünüz sanballı olsun!
13:30 11.01.2026
Oxunuş sayı: 1425