Sabahın havası Abşeronda meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.
Məlumata əsasən, yanvarın 12-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
14:20 11.01.2026
Oxunuş sayı: 1710