İranlı general: ABŞ üçün əsas risk Tramp dövründə artan itkilərdir
İran Ali Dini rəhbərinin hərbi məsələlər üzrə müşaviri, SEPAH-ın sabiq komandanı Yəhya Rəhim Səfəvi ABŞ-nin prezidenti Donald Trampla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Səfəvi Trampın ən zəif yerinin hərbi itkilər olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ daxilində reytinqi zəif olan Tramp üçün şəxsi heyətdə baş verən itkilər ciddi daxili təzyiq və siyasi problemə çevrilə bilər.
Səfəvi qeyd edib ki, İran ABŞ-yə nə qədər çox insan itkisi yaşada bilsə, bu, Tramp üçün daxildə “kabusa” çevriləcək. O, Venesuela məsələsinə toxunaraq Trampın bu ölkə ilə bağlı vəziyyətdən nisbətən rahat çıxdığını, lakin İranın onun üçün eyni nəticəni təmin edəcəyini vurğulayıb.
İranlı generalın sözlərinə görə, Tehran Vaşinqtona qarşı təzyiq mexanizmlərini yaxşı bilir və lazım gəldikdə bu imkanlardan istifadə edəcək.
Türkan Kərimli
16:57 11.01.2026
Oxunuş sayı: 1780