İtaliyada İran Konsulluğunun lövhəsi söküldü
İtaliyada İran Konsulluğunun lövhəsi söküldü.
Crossmedia.az xəbər verir ki, ötən gün İtaliyada yaşayan iranlılar Milandakı İslam Respublikası Konsulluğunun lövhəsini sökərək yerinə 1979-cu il İslam İnqilabından əvvəlki şir və günəş bayrağını qaldırıblar.
Nümayişçilər həmvətənləri ilə həmrəylik nümayiş etdirmək və xaricdə yaşayan iranlıların səsini çatdırmaq məqsədilə bu aksiyanı keçiriblər.
Xaricdə yaşayan iranlılar şənbə günü dünyanın müxtəlif şəhərlərində böyük mitinqlər təşkil ediblər və bazar günü də mitinqlərin davam etdirilməsi planlaşdırılır.
13:10 11.01.2026
Oxunuş sayı: 1602