Tramp hökuməti İrana zərbə endirməyi müzakirə edir
Tramp hökuməti İrana zərbə endirməyi müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin məlumat yayıb.
Məlumata görə ramp administrasiyasının rəsmiləri “lazım gələrsə” İrana zərbə endirmək ehtimalı ilə bağlı ilkin müzakirələr aparıblar.
Bir rəsminin sözlərinə görə, müzakirə olunan variantlardan biri ölkədəki bir neçə hərbi obyektə qarşı genişmiqyaslı hava hücumudur.
Başqa bir mənbə əlavə tədbirlər barədə fikir birliyinin olmadığını və zərbə üçün qüvvə və avadanlıqların yerləşdirilməsi ilə bağlı qərarın hələ verilmədiyini bildirib.
Danışıqların ilkin mərhələdə olduğu və istənilən planlaşdırma prosesinin standart bir hissəsi olduğu bildirilir.
Nəşrin mənbələri qeyd edib ki, İran qaçılmaz hücumla üzləşmir və ABŞ-nin İslam Respublikası ilə bağlı hərəkət planı hələ razılaşdırılmayıb.
13:20 11.01.2026
Oxunuş sayı: 2131