“Türk axını” ilə Aİ-yə Rusiya qazının tədarükü tarixi rekorda imza atıb
2025-ci ilin dördüncü rübündə “Türk axını” qaz kəməri vasitəsilə Rusiyadan Avropa İttifaqına qaz tədarükü tarixi rekord həddə çatıb.
Crossmedia.az xəbər verir ki, oktyabr-dekabr ayları ərzində bu marşrutla Aİ-yə ümumilikdə 5,065 milyard kubmetr təbii qaz ixrac olunub.
Məlumata görə, bu göstərici 2025-ci ilin üçüncü rübündə qeydə alınmış əvvəlki rekordu 0,349 milyard kubmetr üstələyib və “Türk axını”nın istismar tarixində ən yüksək rüblük həcmi təşkil edib.
Hesabatda qeyd olunur ki, ümumilikdə 2025-ci il ərzində “Türk axını” vasitəsilə Avropa İttifaqına 18,13 milyard kubmetr Rusiya təbii qazı tədarük edilib. Analitiklər bunu Avropanın enerji balansında bu marşrutun rolunun artması ilə əlaqələndirirlər.
Türkan Kərimli
16:43 11.01.2026
Oxunuş sayı: 1535