Dağıstanlı 19 yaşlı əsgərin başına amansızca xəsarət yetirildi
19 yaşlı Dağıstanlı gənc əvvəlcə Rusiya Federasiyasının Moskva vilayətindəki Naro-Fominsk, sonra isə Rusiya Federasiyasının Voronej vilayətinə xidmətə göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, məhz burada ona amansız hücum edilib. Rəsmi açıqlamada hadisənin “qüllədən yıxılması” nəticəsində baş verdiyi bildirilir, lakin ailəsi bunu inkar edir.
Hücum nəticəsində gənc yaddaşını itirib və hazırda Burdenko adına Milli Neyroxirurgiya Mərkəzində müalicə alır.
Fatimə Məmmədova
14:30 11.01.2026
Oxunuş sayı: 2017