İranda 60 saatdan çoxdur internet bağlıdır
İran 2026‑cı il yanvarın etirazları fonunda ölkə daxilində internetə çıxışın kəsilməsindən sonra 60 saatdan artıq qlobal və yerli şəbəkədən kəsilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İnternet monitorinq xidməti NetBlocks məlumat verib.
Hökumətin bu addımı etirazçıların əlaqə qurmasını və hadisələrin yayılmasını əngəlləmək məqsədi ilə görülüb.
İnternet bağlantısının kəsilməsinə baxmayaraq ölkədə etirazlar davam edir və bu, İranda kommunikasiya və məlumat axınını ciddi şəkildə məhdudlaşdırır.
Səriyyə Tağıyeva
12:00 11.01.2026
Oxunuş sayı: 1443