Azərbaycan Premyer Liqasının lideri bu gün yoxlama oyunu keçirəcək
Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Crossmedia.az xəbər verir ki, matç "Bank Respublika Arena"da keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.
12:22 11.01.2026
Oxunuş sayı: 1402