Yaponiyanın Baş naziri parlamenti vaxtından əvvəl buraxa bilər
Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkə parlamentini vaxtından əvvəl buraxmaq istəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiya Yenilənmə Partiyasının lideri Hirofumi Yoşimura bildirib.
Məlumata görə, siyasətçi NHK-nın canlı efirində deyib: "Baş nazir ilin əvvəlində parlamentin buraxılması üçün konkret bir müddət qeyd etməyib, amma söhbətdə "səhnənin dəyişdiyini" qeyd etdiyimiz bir an oldu " .
Yoşimura bildirib ki, bu söhbətdən sonra parlamentin buraxılması ilə bağlı mediada yayılan xəbərlərə təəccüblənməyib.
11:50 11.01.2026
Oxunuş sayı: 1398