“Diaspor Təşkilatlarının Mərkəzi Portalı” hazırlanıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarına, həmçinin Azərbaycan Evlərinə, Koordinasiya Şuralarına onların elektron və sosial media fəaliyyətlərini gücləndirmək məqsədilə ödənişsiz informasiya-kommunikasiya texnologiyaları dəstəyi göstərməyə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bu qəbildən olan növbəti layihə “Diaspor Təşkilatlarının Mərkəzi Portalı”dır. Yeni hazırlanan portal 100-lərlə saytın inteqrasiyasını dəstəkləyir, eləcə də diaspor təşkilatlarına, Azərbaycan Evlərinə və Koordinasiya Şuralarına vebsaytların sürətli, əlavə xərc olmadan və mərkəzləşdirilmiş formada hazırlanması imkanı yaradır.
Komitəyə müraciət edildikdən bir gün sonra vebsayt təşkilatın idarəçiliyinə və istifadəsinə verilir. Beləliklə, diaspor təşkilatları, Azərbaycan Evləri və Koordinasiya Şuraları öz fəaliyyətlərini sürətlə və asanlıqla işıqlandırırlar. Portala bu ünvandan keçid etmək mümkündür: http://www.diaspor.org
Təşkilatlar vebsayta əlavə etdikləri məlumatları avtomatik olaraq Mərkəzi Portal ilə də əlaqələndirə bilirlər. Nəticədə məlumat dərhal həm təşkilatın öz saytında, həm də Mərkəzi Portalda dərc olunur.
Portalın məlumat sistemi “Hökumət buludu”na tam köçürülüb və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzində saxlanılır.
“Diaspor Təşkilatlarının Mərkəzi Portalı”na inteqrasiya edilən vebsaytlar:
Ø Union of Azerbaijanis living in Belgium https://www.fireland.be
Ø Avstriya Azərbaycanlıları Cəmiyyəti https://www.oage.at
Ø Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi http://www.gaim.ge
Ø Paris, Nant, Tuluz Azərbaycan Evi https://fransa.diaspor.org
Ø Praqa Azərbaycan Evi https://praqa.diaspor.org
Ø Oslo Azərbaycan Evi https://oslo.diaspor.org
Ø Helsinki Azərbaycan Evi https://helsinki.diaspor.org
Ø Almaniya Azərbaycanlıları Alyansı https://aaa.diaspor.org
Ø Barselona Azərbaycan Evi https://barselona.diaspor.org
Ø Estoniyada Azərbaycan Evi https://tallinn.diaspor.org
Ø Macarıstandaki Azərbaycan Evi https://budapest.diaspor.org
Ø Krakov Azərbaycan Evi https://krakov.diaspor.org
Ø Polşada Azərbaycan Evi https://warsaw.diaspor.org
Ø Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evi https://saloniki.diaspor.org
Ø Brüssel Azərbaycan Evi https://brussel.diaspor.org
Ø Misir-Azərbaycan Dostluq Cəmiyyəti https://cairo.diaspor.org
Ø Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evi https://kayseri.diaspor.org
Ø History of Azerbaijan http://historyofazerbaijan.ca
Ø İğdır Azərbaycan Evi https://igdir.diaspor.org
Ø Toronto Azərbaycan Evi https://toronto.diaspor.org
Ø ABŞ-də fəaliyyət göstərən Azərbaycan Evi https://virginia.diaspor.org
Ø Amerika Azərbaycanlılarının Koordinasiya Şurası https://acca.diaspor.org
Ø Livan Azərbaycan Evi https://livan.diaspor.org
Ø Avropa Azərbaycan Mərkəzi https://eaz.diaspor.org
Ø The Azerbaijani Society of Canada in Montreal /Société Azerbaïdjanaise du Canada à Montréal - https://ascm.diaspor.org
Ø Alliance of Azerbaijani Associations in Australia - https://allianceaz.diaspor.org
Ø Azərbaycan Evi - Gürcüstan / Marneuli - https://marneuli.diaspor.org
15:12 09.01.2026
Oxunuş sayı: 1485