Cənubi Azərbaycan Demokratik Türk Birliyi: İranda cənubi azərbaycanlıların hüquqları pozulur
Cənubi Azərbaycan Demokratik Türk Birliyi (GADTB) BMT-yə müraciət edərək İranda Cənubi azərbaycanlıların insan hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib.
Müraciətdə vurğulanıb ki, 40 milyondan çox Cənubi azərbaycanlı uzun illərdir ana dilində təhsil, mədəni fəaliyyət və siyasi hüquqlardan məhrum edilir. Belə ki, qurum Urmiya gölünün qurudulmasını və təbii sərvətlərin nəzarətsiz istismarını bölgədə ekoloji fəlakət kimi qiymətləndirib.
Bildirilib ki, İranda baş verən kütləvi etirazlar zamanı mülki şəxslərə qarşı zorakılıq, həbslər və işgəncələr tətbiq olunur. GADTB bu halların beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu qeyd edib.
Qeyd edək ki, təşkilat Avstraliya Federal Parlamentini Cənubi azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu tanımağa və İranın zorakı siyasətini açıq şəkildə ifşa etməyə çağırıb.
Fatimə Məmmədova
12:36 09.01.2026
Oxunuş sayı: 3998