Parisdə ABŞ, Ukrayna və Avropa görüşü ləğv edildi - Səbəb məlum deyil
Sabah, 13 dekabrda Parisdə keçirilməsi planlaşdırılan Aİ3 və Ukrayna rəsmilərinin görüşü naməlum səbəbdən baş tutmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşa radiostansiyası Yelisey Sarayındakı mənbəyə istinadən xəbər verir.
Daha əvvəl Finlandiya Prezident Aparatı Stubbun ABŞ-a qarşıdan gələn səfərini ləğv etdiyini bildirmişdi. Bunun əvəzinə o, Avropa liderləri ilə görüşdə iştirak etməyi planlaşdırır. Reuters agentliyi bir neçə Avropa ölkəsinin başçısının və Zelenskinin Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün 15 dekabrda Berlində görüşəcəyini bildirmişdi.
Ukrayna mediası iddia edir ki, ABŞ Ukrayna və Avropa planına əlavə düzəlişləri rədd edib və buna görə də görüşə ehtiyac duymayıb.
12:20 13.12.2025
Oxunuş sayı: 1442