ABŞ-nin yeni strategiyasında Rusiyaya loyal yanaşma göstərilib
ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun Avropaya diktə etməkdən imtina etdiyini və Rusiya ilə loyal əməkdaşlıq qurmaq niyyətində olduğunu göstərir. Bu barədə amerikalı siyasi şərhçi Eddi Qonsales bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, adi insanların Ukraynadakı münaqişənin sona çatmasını istədiklərini, lakin hökumətlərin əks istiqamətdə hərəkət etməyə davam etdiyini qeyd edib. Vaşinqton isə bu uyğunsuzluğu görərək Avropa müttəfiqlərini miqrasiya, siyasi istiqamət və daha geniş mədəni siyasət məsələlərində açıq şəkildə tənqid edir.
Nigar Yahyazadə
12:05 13.12.2025
Oxunuş sayı: 1326