ABŞ hərbi təyinatlı yük daşıyan gəmini ələ keçirib
Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən yük gəmisindən hərbi məqsədlər üçün nəzərdə tutulmuş yükləri ələ keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat İranın hərbi arsenalını bərpa etməsinin qarşısını almağa yönəlmişdi. ABŞ xüsusi təyinatlıları ələ keçirilmiş yükü məhv etdikdən sonra gəminin hərəkətinə icazə veriblər.
Məlumata əsasən, bu yük İranda raket proqramı üçün komponentlərin alınması ilə məşğul olan şirkətlərə çatdırılmalı idi. Gəminin və sahibinin adı isə açıqlanmayıb.
Nigar Yahyazadə
11:43 13.12.2025
Oxunuş sayı: 1410