Merz Aİ-nin Rusiya aktivləri qərarını alqışladı
Almaniya kansleri Fridrix Merz Aİ-nin Rusiyanın Avropadakı aktivlərinin müddətsiz dondurulması ilə bağlı qərarını Avropanın suverenliyinin açıq göstəricisi adlandırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o bildirib ki, qərarın demək olar yekdilliklə qəbul edilməsi Avropanın birliyini nümayiş etdirir. Aİ rəhbərliyi yaxın sammitdə bu aktivlərin müsadirəsi məsələsini də müzakirə etməyi planlaşdırır.
Nəzrin Abbas
09:33 13.12.2025
Oxunuş sayı: 1676