Latın Amerikasındakı ABŞ qoşunlarının komandanı istefa verib
Latın Amerikasında ABŞ hərbi qüvvələrinə rəhbərlik edən admiral Alvin Holsey gözlənilmədən vəzifəsindən ayrılıb. Onun istefası Venesuela ilə gərginliyin artdığı, neft tankerinin ələ keçirildiyi və narkotik qaçaqmalçılığı ilə bağlı hücumların intensivləşdiyi bir dövrə təsadüf edib.
Crossmedia.az xəbər verir ki, Reuters-in mənbələrinə görə, ABŞ Müdafiə naziri Pit Heqset bölgədəki hərbi əməliyyatlarla bağlı dəyişikliklər etmək istəyib və bu, admiral ilə fikir ayrılığı yaradıb.
Holseyin istefa niyyəti oktyabr ayında bildirilsə də, o, bunu ictimai şəkildə açıqlamamışdı.
Səriyyə Tağıyeva
23:47 12.12.2025
Oxunuş sayı: 1266