Rusiya ordusu 7 saatda 40-dan çox Ukrayna dronu vurub
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, dekabrın 12-də hava hücumundan müdafiə sistemləri yeddi saat ərzində Ukraynaya məxsus 47 dronu vurub və ya ələ keçirib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, dronlar müxtəlif bölgələr üzərində məhv edilib. Tula bölgəsi üzərində 13, Moskva, Orel və Belqorod üzərində hərəsində 7, Bryansk üzərində 6, Kaluqa üzərində 3, Kursk üzərində 2, həmçinin Nijni Novqorod və Ryazan üzərində bir dron vurulub.
Nazirlik bildirib ki, bütün hədəflər Moskva vaxtı ilə saat 13:00-dan 20:00-dək aşkar olunub və zərərsizləşdirilib.
Səriyyə Tağıyeva
22:50 12.12.2025
Oxunuş sayı: 1233