Apple və Google istifadəçilərə yeni kibertəhlükəsizlik xəbərdarlıqları göndərir
Apple və Google şirkətləri dünya üzrə istifadəçiləri dövlət tərəfindən dəstəklənən haker hücumlarından qorumaq məqsədilə yeni kibertəhdid bildirişləri göndərib.
Bu barədə Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Apple xəbərdarlıqların 2 dekabrda verildiyini, 150-dən çox ölkədə istifadəçilərə çatdırıldığını açıqlayıb. Google isə 3 dekabrda Intellexa adlı ABŞ tərəfindən sanksiyalaşdırılmış kiberkəşfiyyat şirkətinə aid casus proqramın bir sıra hesabları hədəf aldığını bildirib. Proqram Pakistan, Qazaxıstan, Anqola, Misir, Özbəkistan, Səudiyyə Ərəbistanı və Tacikistan da daxil olmaqla müxtəlif ölkələrdə istifadəçiləri əhatə edib.
Apple və Google həmçinin vurğulayıb ki, xəbərdarlıqlar istifadəçiləri məlumatlandırmaqla yanaşı, hakerlərin fəaliyyətini izləmək və onların məsuliyyətə cəlb olunmasına kömək edir. Citizen Lab tədqiqatçısı Con Skott-Railton bildirib ki, bu cür bildirişlər kiber casuslara əlavə xərc yaradır və gələcəkdə araşdırmaların başlanması üçün ilk addım sayılır.
Səriyyə Tağıyeva
22:45 05.12.2025
Oxunuş sayı: 886