Amerikalıların 60%-i İranda nüvə obyektlərinə hücumu dəstəkləyir
Ronald Reyqan İnstitutunun keçirdiyi sorğuya görə, amerikalıların 60 faizi Donald Trampın İranda nüvə obyektlərinə qarşı hücum qərarını müsbət qiymətləndirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də İslam Respublikasının nüvə obyektlərinə hava hücumlarına geniş dəstək olsa da, Respublikaçı və Demokrat partiyasının tərəfdarları arasında fərqlər müşahidə olunur.
Sorğu nəticələrinə görə, Respublikaçılar hərbi əməliyyatı böyük səs çoxluğu ilə dəstəkləyir, Demokratların isə yalnız 39 faizi buna müsbət yanaşır.
19:40 05.12.2025
Oxunuş sayı: 1049