Tramp Tayvan üzərindəki münaqişənin qarşısını almaq üçün strategiya açıqladı
ABŞ Prezidenti Donald Tramp ABŞ və müttəfiqlərinin hərbi gücünü artırmaqla Çin-Tayvan və Cənubi Çin dənizi üzərindəki münaqişənin qarşısını almağı hədəfləyən yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sənəddə qeyd edilir ki, Tayvanın müdafiəsi prioritetdir və ABŞ təkbaşına deyil, Yaponiya və Cənubi Koreya da daxil olmaqla müttəfiqləri ilə kollektiv müdafiəni gücləndirməlidir. Tramp həmçinin dəniz yollarının bağlanması və ödəniş sistemlərinin manipulyasiyasının qarşısını almaq üçün güclü dəniz imkanlarının vacib olduğunu vurğulayıb.
Prezident strategiyanı “Amerikanın ən böyük və uğurlu millət olaraq qalmasını təmin edən yol xəritəsi” kimi təqdim edib.
23:34 05.12.2025
Oxunuş sayı: 929