Almaniya Rusiya təhdidi fonunda hərbi qanunu təsdiqlədi
Almaniya parlamenti Bundesverin gücləndirilməsini nəzərdə tutan mübahisəli hərbi xidmət qanununu təsdiqləyib. Qanun NATO öhdəliklərini yerinə yetirmək və müdafiə imkanlarını artırmaq məqsədilə qəbul edilib.
Bu barədə Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Yeni sistem ikili yol üzrə işləyəcək: daha gəlirli könüllü xidmət gəncləri cəlb edəcək, ehtiyac yaranarsa məcburi çağırış aktivləşdiriləcək. 1 yanvar 2008-dən sonra doğulan bütün kişilər tibbi müayinədən keçəcək, mərhələli şəkildə xidmətə çağırılacaqlar.
Bundesverin hədəfi aktiv hərbçilərin sayını 183 mindən 260 minə, 2035-ci ilə qədər isə ən azı 200 min ehtiyat əsgəri formalaşdırmaqdır. Almaniyanın bu addımı Avropada Fransa, İtaliya və Belçikanın könüllü xidmət genişləndirməsi, Skandinaviya və Baltikyanı ölkələrin isə məcburi çağırışı gücləndirməsi trendinə uyğundur.
Səriyyə Tağıyeva
22:35 05.12.2025
Oxunuş sayı: 830