Ukrayna pilotsuz təyyarəsi Çeçenistan və Kurskda zərbələr endirdi
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı dekabrın 5-də Çeçenistanın Qroznı şəhərində hündürmərtəbəli kompleksə hücum edib. Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb və bina tezliklə bərpa olunacaq.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
Eyni gün Kursk mer Yevgeni Maslov şəhərə düşən Ukrayna pilotsuz təyyarəsinin nəticəsində şəxsi evlərin avtomobilləri və pəncərələrinin zədələndiyini açıqlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Səriyyə Tağıyeva
23:58 05.12.2025
Oxunuş sayı: 986