Qrossi İranın nüvə məsələsi ilə bağlı diplomatik məsləhətləşmələri davam etdirir
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın nüvə məsələsi ilə bağlı diplomatik məsləhətləşmələr çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Crossmedia.az xəbər verir ki bu barədə Qrossi özünün “X” hesabında paylaşım edib. O bildirib: “Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İran da daxil olmaqla, nüvə silahının yayılmamasının yoxlanılmasında AEBA-nın misilsiz rolu, eləcə də Ukraynada nüvə təhlükəsizliyini təmin etmək üçün davam edən səylərimiz barədə vaxtında danışdıq”.
Qeyd olunur ki, son iki həftə ərzində Qrossi İranın nüvə məsələsini müzakirə etmək üçün Vyanada Rusiyanın səfiri və beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovla iki dəfə görüşüb.
19:31 05.12.2025
Oxunuş sayı: 1689